Naftalan şəhərində əhalinin tibbi müayinəsi ruh yüksəkliyi ilə davam etdirilir.
Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də Səhiyyə Nazirliyi tərəfindən əhalinin tibbi müayinədən keçirilməsi böyük ruh yüksəkliyi ilə davam edir. Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımı avadanlıqlarla təchiz olunmuş, vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılmışdır.
Fevralın 03-dən indiyədək 2100 nəfərdən çox sakin müayinə olunmuşdur. Bu aksiya bir daha göstərir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin və sağlamlığının qorunması dayanır.
Tərtib edilmiş qrafikə əsasən ilkin olaraq şəhərin idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar tibbi müayinədən keçirilir. Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Bu cür müayinələrin aparılması ilk növbədə əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Müayinələr may ayının 1-nə kimi davam etdiriləcəkdir.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq şəhər sakinləri tərəfindən yüksək razılıqla qarşılanmış və dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.