Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində əhalinin tibbi müayinədən keçirilməsinə start verilmişdir.

03 fevral 2015 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevral ayının 3-dən başlayaraq respublikanın hər yerində olduğu kimi, Naftalanda  da əhalinin pulsuz tibbi müayinəsinə başlanılmışdır. Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımi avadanlıqlarla tam təchiz olunmuş, vətəndaşların rahatlığı üçün bütün lazımi şərait yaradılmış, o cümlədən icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır.
      Müayinənin ilk günündə qrafikə uyğun olaraq şəhərin idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar tibbi müayinədə iştirak edirlər. O cümlədən xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
     Müayinələr əsasən həkim terapevt, stomotoloq, kardioloq, ginekoloq tərəfindən həyata keçirilir. Bundan başqa diabetik xəstələr üçün qan təhlili müayinələri də aparılır. İlk gündə 213 nəfər sakin tibbi müayinədən keçmişdir. Fevral ayının 2-dən may ayının 1-nə kimi   17 yaşdan yuxarı 7388 nəfər şəhər əhalisinin tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur.

Keçidlər