Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr 2012-ci il tarixdə Naftalan şəhərində ümummilli lider Heydər Əliyevin vəfatının 9 cu il dönümü munasibətilə ümumşəhər tədbiri keçirilmişdir.

13 dekabr 2012 | 16:00

Azərbaycan dövlətini iflasdan, Azərbaycan xalqını fəlakətdən xilas edən ümummilli liderimiz Heydər Əliyevin vəfatının 9-cu il dönümü Naftalan şəhərində xatirə tədbirləri ilə anılıb. Şəhər sakinləri və ictimaiyyət nümayəndələri ilk olaraq ümummilli liderin adını daşıyan parkda dahi öndərin xatirəsinə ucaldilmış abidəsini ziyarət ediblər. Heydər Əliyevin abidəsinin önünə əklillər,gül-çiçək dəstələri qoyulub və Azərbaycan xalqının səadəti yolunda etdiyi fədəkarlıqlar bir daha xatırlanıb. Abidəni ziyarət etdikdən sonra mərasim iştirakçıları Heydər Əliyev mərkəzinə baş çəkiblər, və Heydər Əliyev mərkəzində tədbiri giriş sözü ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açaraq Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb.
Daha sonra tədbir Naftalan şəhər 1 və 2 nömrəli tam orta məktəblərinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya ilə davam etdirilib.
 

Keçidlər