Naftalan şəhərində 20-Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir
20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü münasibətilə Respublikamızın bütün bolgələrində olduğu kimi Naftalan şəhərində də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş geniş anım tədbiri keçirilmişdir.
Tədbirdə şəhər rəhbərliyi, hüquq-muhafizə orqanlarının əməkdaşları,səhiyyə və təhsil işçiləri,həmçinin şəhər ictimayətinin nümayəndəri iştirak etmiş, “Xatirə kompleksi” ziyarət edilmiş, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə əklil və gül dəstələri qoyulmuşdur. Daha sonra şəhidlik zirvəsinə yüksəlmiş insanlarin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biri olduğu qeyd edildi.Eyni zamanda bildirildi ki, Ümummilli lider Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaqdır.
Tədbirin sonunda şəhidlərin xatirəsinə dualar oxundu.