Naftalan şəhər səhiyyə işçiləri 20 Yanvar faciəsini qeyd etdi
19.01.2015-ci il tarixdə Naftalan şəhər Xəstəxanasında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçrilmişdir.
Xəstəxananın baş həkimi İsmayıl Muradov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının tarixinə 20 Yanvar faciəsi kimi daxil olmuş qanlı hadisədən 25 il ötür. Həmin gün xalqımızın şanlı övladları öz torpaqlarının bütövlüyü və milli azadlığı uğrunda əzmlə mübarizəyə qalxaraq yenilməzliyini və rəşadətini bütün dünyaya nümayiş etdirdilər. Biz həmin günü kədər, eyni zamanda böyük qürur hissi ilə qeyd edirik. Çünki, 1990-cı ilin 20 Yanvarında azərbaycanlılar qəhrəman xalq olduğunu və müstəqil dövlət qurmağa layiq olduğunu sübut etdi.
O, həmçinin, qeyd etmişdir ki, 1990-cı ilin noyabr ayının 21-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Beləliklə də 20 Yanvar faciəsi məhz Ümummilli Lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.