Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 20 Yanvar faciəsi ilə bağlı silsilə anım tədbirləri keçirilir

16 yanvar 2015 | 16:00

20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü münasibətilə Naftalan şəhərində silsilə anım tədbirləri keçirilir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı Sərəncamına uyğun olaraq Naftalan şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanıb və tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən şəhərin idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı anım tədbirləri keçirilir,
    O cümlədən, 16.01.2015-ci il tarixdə Naftalan şəhər Gigiyena və Epidemiologiya  Mərkəzində 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş tədbir keçrilmişdir.  Tədbirdə çıxış edən  Mərkəzin direktoru İltifat Lütvüzadə və   həkimi Gilə İsmayılova 1990-cı ilinin  20 yanvarında törədilmiş  faciəsinin  keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını qeyd etdi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirildiyi gün  20 yanvar günü Azərbaycan xalqının  azadlıq simvoluna çevrilən gündür. Bu gün qan yaddaşımız olaraq  nəsildən nəslə ötrülərək gələcək nəsillərə çatdırılmalı,  bütün dünyaya bir daha nümayiş etdirlməlidir.

Keçidlər