Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr evi-uşaq bağçasında dərslər 20 Yanvar faciəsinə həsr olundu.

16 yanvar 2015 | 16:00

16.01.2015-ci il tarixdə    Naftalan şəhər Körpələr evi-uşaq bağçasında  20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Təbirdə bağçanın müdir əvəzi Kəmalə Hüseynova  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının xalqımıza elan olunmamış təcavüzündən, hərbi birləşmələrin törətdikləri vəhşilikdən geniş söhbət açmışdır. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm mərhələ olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsi hər  zaman ehtiramla yad olunacaqdır.Tədbirdə  uşaqların  ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şer  söylənildi.

Keçidlər