Şriftin ölçüsü :

Saytın rəngi :

Naftlan ətrafı ərazilər qədim insan məskənlərinin şahididir

15 yanvar 2015 | 16:00

15 yanvar 2015-ci il tarixdə Naftalan şəhər ictimayyəti ilə  şəhər ətrafı ərazilərdə aparılımış arxeoloji tədqiqtlarla  bağlı  tədbir  keçirilmişdir. Eyni zamanda  yaşı 300 dən artıq olan məişət və bəzək əşyaları  nümayiş etdirilmişdir.    
Tədbirdə Azərbaycan  Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Naftalan-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri  Müzəffər Hüseynov çıxış edərək qeyd etmişdir ki,   Naftalan-Goranboy arxeoloji ekspedisiyası fəliyyət göstərdiyi müddət ərzində Naftalan şəhəri ətrafında Göl yeri eneolit və ilk tunc dövrü yaşayış yeri, Muncuqlutəpə  nekropolu, Qara Arxac kurqanları, Səfikürd kurqanları, Qaşaltı orta əsr yaşayış yeri və digər arxeoloji abidələrdə arxeoloji tədqiqatlar aparılmışdır.
Göl yeri eneolit və ilk tunc dövrü yaşayış yerində(e.ə. V-III minilliklər) aparılan arxeoloji tədqiqatlar zamanı eneolit və ilk tunc dövrünə aid saxsı, daş, sümük və metal məmulatı aşkar edildi. Yaşayış yerində Azərbaycanda ilk dəfə olaraq ilk tunc dövrü yaşayış yerində qəbirlərə rast gəlinmişdir
Muncuqlutəpə nekropolda ilkin araşdırmalar nəticəsində 40-dan artıq qəbirin olduğu müəyyənləşdirilmiş, bu qəbirlərdən 8-i qazılaraq tədqiq edilmişdir. Nekropolda zəngin maddi mədəniyyət nümunələri-saxsı qablar, xəncərlər, bəzək əşyaları və s. aşkar edilmişdir. Burada aşkar edilmiş şirli saxsı qab Azərbaycanda aşkar edilmiş 3-cü bu tip qabdır. Assuriya tipli saxsı qabın aşkar edilməsi nekropolun Skiflərlə bağlılığını göstərir. Nekropol 3000 il əvvələ yəni e.ə. XI-IX əsrlərə aiddir.
Orta Arxac adlandırılan kurqanlarda aparılan arxeoloji tədqiqatlar nəticəsində 5 min il bundan əvvələ aid daşdan qurulmuş qəbir evi aşkar edilmişdir. Aşkar edilmiş  kurqanlardan birində 19 insan dəfn edilmişdir. Burada həmçinin 30 ədəd saxsı qab, 10 ədəd sümükdən, 2 ədəd daşdan hazırlanmış iy başlığı çoxsaylı bəzək əşyaları-muncuqlar aşkar edildi.
Səfikürd kurqanları adlandırılan Naftalan-Səfikürd yolunun sağ və sol sahilində 19 ədəd kurqanın cəmləşdiyi kurqanlar. Kurqanlardan birində apardığımız arxeoloji qazıntılar nəticəsində böyük ülçülü kurqanaltı kameradan 1 skelet və ərtafında 8 ədəd saxsı qab və çoxsaylı bəzək əşyaları aşkar edildi. Analizlər ntəicəsində kurqanın 3200 il yaşı olduğu müəyyən edilmişdir    
   Osmantəpə kurqanları, Naftalan ətrafında yerləşən ən möhtəşəm abidələrdən biri Osmantəpə kurqanlarıdır. 2-si böyük, 12-si isə orta böyüklükdə olan kurqanlarda gələcəkdə geniş miqyaslı arxeoloji qazıntıların aparılması planlaşdırılır.
Qaşaltı Qaraqoyunlu orta əsr yaşayış yeri  3 hektardan artıq ərazini əhatə edir. İlkin araşdırmalar zamanı yaşayış yerinin üzərində min il bundan əvvələ yəni orta əsrlərə aid saxsı və daş məmulatı aşkar edilmişdir. Saxsı məmulatının üzəri müxtəlif formada və rənglərdə naxışlanmışdır.
Tədbirdə qeyd edilmişdir ki, Gələcəkdə Naftalan ətrafında geniş miqyaslı arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulur. Xüsusən dünyada nadir hesab edilən böyük ölçülü kurqanların  Naftalan ətrafında  mövcudluğu bu kurqanların tədqiq edilərək yerüstü muzey kimi qorunmasını zəruri yaradır.
Dünyada analoqu olmayan təbii-müalicəvi Naftalan nefti ilə məşhur olan Naftalan şəhəri təkcə təbii sərvəti ilə deyil həmdə arxeoloji abidələri ilə də, diqqəti cəlb edir. Böyük turizm potensialı olan Naftalan şəhərində arxeoloji tədqiqatların aparılması abidələrimizin tədqiqi və təbliği baxımından böyük elmi əhəmiyyətə malikdir.
Belə təqdimatın davamlı olaraq keçirilməsi və arxeoloji qazıntı sahələrinə eksursiyaların  təşkil edilməsi məqsədəuyğun hesab edilmişdir.

Keçidlər