Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2014-cü ilin yekunları qeyd olundu

15 yanvar 2015 | 16:00

15 yanvar 2015-ci il tarixdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunlarına dair hesabatı keçirildi. Hesabatda  ŞİHB müavini və aparatın məsul işçiləri, şəhərdə  fəaliyyət göstərən  idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Asəf Cabbarovun  2014-cü il ərzində görülmüş işlər haqqında hesabatı dinlənildi. O bildirdi ki, nümayəndəliyin fəaliyyətə başladığı gündən xeyli işlər görülmüş, şəhər ərazisində yerləşən idarə və müəssisələrlə, həmçinin  əhali ilə sıx əlaqə saxlanılmış, onların problemləri öyrənilərək operativ həll edilmişdir.
     A.Cabbarov öz çıxışında 2014-cü ildə görülən işlərlə yanaşı 2015-ci ildə qarşıda duran məsələlərdən bəhs etdi.
     2014-cü ilin yekunlarına dair Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi S.Həsənov, Naftalan şəhər Mərkəzi Xəstəxanasının baş həkimi İ.Muradov, Naftalan şəhər 1 saylı MİS-nin rəisi C.Cəfərov çixış etdilər.
     Daha sonra  ŞİHB aparatının ərazi idareətmə və yerli özünüidarəetmə orqanları ilə işin aparıcısı M.Bədəlov  nümayəndəliyin fəaliyyətinin uğurlu cəhətlərini qeyd edərək onun işini, hesabat məruzəsini qənaətbəxş hesab etdi. Sonda Şəhər  İcra Hakimiyyəti başçısının müavininin təklif və tövsiyələri nəzərə alınaraq qərar layihəsi qəbul olundu.

Keçidlər