“20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə” tədbirlər planı hazırlanıb
20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı
tədbirlər planı haqqında
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 17 dekabr 2014-cü il tarixli 134 nömrəli Sərəncamını və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.1.22-ci bəndini rəhbər tutaraq
Qərara alıram:
1. Naftalan şəhərində 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Tədbirlər Planında nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üçün məsul şəxslər həmin tədbirlərin yerinə yetirilməsini təmin etsinlər.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı
Natiq Aslanov
20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı
Naftalan şəhər İcra Hakimiyyəti aparatının
Tədbirlər planı
1. Şəhərin idarə, müəssisə və təşkilatlarında 20 yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar tədbirlərin keçrilməsi
2. 20 yanvar faciəsinin iyirmi beşinci ildönümü ərəfəsində şəhidlərin xatirəsinə ucaldılmış kompleks ətrafında abadlıq və təmizlik işləri aparmaq
3. 20 Yanvar faciəsinin iyirmi beşinci il dönümünün “Naftalan” qəzetində işıqlandırılmasını təmin etmək
4. Yanvarın 19-da tam orta məktəblərdə 20 Yanvar faciəsinə həsr edilmiş xüsusi dərslərin keçrilməsini təmin etmək.
5. 20 Yanvar günü şəhərdə faciə qurbanlarının xatirəsinə ucaldılmış kompleksə şəhər ictimayyətinin ziyarətini təşkil etmək.
6. Yanvarın 20-də Bakı vaxtı ilə saat 12ºº-da şəhər ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini, avtomobillər vasitəsi ilə səs siqnalların verilməsi
7. 20 Yanvar faciəsinin iyirmi beşinci il dönümü ilə əlaqədar hüzn əlaməti olaraq şəhərdə və tabeliyində olan kəndlərdə Azərbaycan Dövlət bayrağının endirilməsi.