Naftalan şəhərində 2015-ci ilin ilk səyyar görüşü keçirildi.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı 2015-ci ilin ilk səyyar görüşünü 8,9,14 və 15 nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə keçirib. Bu görüşdə də şəhər rəhbəri ilə yanaşı, şəhər icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak etmişdir.
Səyyar görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində şəhər rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli ŞİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü. Şəhər ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı xatirə kompleksinin yerləşdiyi Qələbə parkının əsaslı təmirdən sonrakı vəziyyətilə tanış olub.