Şriftin ölçüsü :

Saytın rəngi :

Özbəkistan mətbuatı Naftalan neftindən yazdı

05 yanvar 2015 | 16:00

AzərTac-ın məlumatına görə, məqalədə deyilir ki, hələ qədim zamanlardan Naftalan neftinindən məlhəm kimi istifadə olunub, Tanınmış səyahətçi Marko Polo öz gündəliklərində Naftalan neftinin müalicəvi əhəmiyyəti haqqında məlumat verib. O da bilrilir ki, böyük Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərində də Naftalan neftindən söhbət açılır.

Məqalədə deyilir ki, 1847-ci ildə Almaniyadan gəlmiş Yaqer adlı mühəndis bu neftdən məlhəm hazırlayıb və bütün dünyaya eksport edilib.

Bildirilir ki, 1926-cı ildə yaradılan “Naftalan” kurortunun fəaliyyəti sonralar daha da gücləndirilib. “Qara qızıl çeşməsi” adını alan Naftalan Bakıdan 320, Gəncədən 50 kilometrlik məsafədə yerləşir.

Məqalədə qeyd edilir ki, 2005-ci ildən başlayaraq Naftalanda sanatoriyalar yenidən qurulir, ən müasir mehmanxanalar tikilir. “Karabakh SPA & Resort” mehmanxanalar şəbəkəsinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.

Məqalənin sonunda bildirilir ki, Naftalan neftinin əhəmiyyəti haqqında 1600-dən artıq elmi məqalə, 270 disertasiya yazılıb

 

Keçidlər