Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi qeyd edildi

29 dekabr 2014 | 16:00

29 12.2014-cü il  tarixdə Naftalan şəhərində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təntənəli ümumşəhər  tədbiri keçirilib.
    Tədbiri giriş sözü il açan şəhər  İcra Hakimiyyətinin başçısı Natiq Aslanov  qeyd edib ki, Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir  ənənəyə  çevrilib. 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü  dünyanın bir  çox ölkələrində azərbaycanlılar tərəfindən qürurla  qeyd olunur. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - Dünya Azərbaycanlıların Həmrəylik Günü elan olunub. O vaxtdan xalqımız bu günü iki bayram kimi  sevinclə, iftixar hissi ilə qeyd edir.  Bunlardan biri 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü,  digəri isə Yeni il bayramıdır. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslaov bu münasibətilə şəhər sakinlərini səmimi qəlbdən təbrik etdi, 2014-cü ilin uğurlarını qeyd edərək,  qarşıdan gələn 2015-cü ilin onlar üçün uğulu olmasını arzuladı. 
      Tədbir Fikrət Əmirov Adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl mahnı və rəqs ansanblı“-nın hazırladığı bayram konserti ilə davam etdirilib. Tədbirin sonunda şaxta baba uşaqlara bayram hədiyyələri paylayıb.

Keçidlər