Şəhərdə aparılan yenidənqurma işlərinə növbəti dəfə baxış keçirilib.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov 26 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına, eləcə də regionların inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarına uyğun şəhərin ərazisində aparılan abadlıq-quruculuq, tikinti və yenidənqurma işlərinə növbəti dəfə nəzərdən keçirib. Şəhər rəhbəri çoxmənzilli yaşayış binalarına, avtovağzal otel kompleksinə, xəstəxanaya və digər tikintisi davam etdirilən obyektlərə yerində baxış keçirib.
Baxış zamanı İcra Hakimiyyətinin başçısı iş icraçılarına və aidiyyatı qurumların rəhbərlərinə bu işlərin sürətləndirilməsi və keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verdi.