Mixail Yuryeviç Lermontovun 200 illik yubileyi qeyd olundu
Dekabrın 25-də Naftalan şəhər 2 nömrəli tam orta məktəbin rus bölməsi tərəfindən görkəmli rus şairi, yazıçısı və dramaturqu Mixail Yuryeviç Lermontovun 200 illik yubileyinə həsr edilmiş musiqili gecə keçirilib.
İştirakçılar çıxışlarında M.Y.Lermontov yaradıcılığının zaman keçdikcə aktuallığını itirməyəcəyini qeyd ediblər. Eyni zamanda böyük maarifçi, filosof və Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin Lermontovun müəllimi olduğu, onların mehriban və səmimi dostluq əlaqələri qeyd edildi. Bununla yanaşı tədbir iştirakçıları tərəfindən Lermontovun Azırbaycan dilinə verdiyi qiymət də qiqqətə çatdırıldı. Bildirildi ki, hətta onun özü deyirdi ki, fransız dili Avropa üçün əhəmiyyətli olduğu qədər, Azərbaycan dili də Asiya üçün əhəmiyyətlidir. Lermontovun poeziyası həm dərin fəlsəfə, həm də incə məhəbbət lirikasıdır. Hamıya məlumdur ki, Lermontov əsərlərinin çoxunu Qafqazda sürgündə olarkən yazıb. Qafqaz dağlarının, meşələrinin və çaylarının gözəlliyi, Azərbaycan təbiətinin əsrarəngizliyi onu bir rəssam və şair kimi çox ruhlandırıb. O, öz əsərlərini yerli adət-ənənələrin koloriti ilə zənginləşdirib.
Tədbir şagirdlərin ifasında Lermontovun əsərlərindən hazırlanmış səhnəciklərlə, şerlərlə və musiqi nömrələri ilə davan etdirilib.