Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Ümummilli liderin anım günü qeyd olundu.

12 dekabr 2014 | 16:00

12 dekabr 2014-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Naftalan şəhərində ümumşəhər tədbiri keçirilmişdir.
       Şəhər sakinləri və ictimaiyyət nümayəndələri öncə dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, ulu öndərin abidəsinin önünə əklil və çiçək dəstələri qoymuşlar.
     Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb və onun Azərbaycan xalqının səadəti yolunda etdiyi fədəkarlıqlar  bir daha xatırlanıb.
      Daha sonra  şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək vurğulayıb ki,  Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi  Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
     Tədbir  məktəblilərin ifasında “Heydər Əliyev daim qəlbimizdədir” adlı kompozisiya ilə davam etmişdir.

Keçidlər