Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü il ərzində 5 mindən artıq ağac əkilib

18 yanvar 2024 | 14:45

Şəhərdə mövcud yaşıllıqlara qulluq göstərilməsi məsələləri ciddi nəzarətdə saxlanılır. Hazırda prospekt, küçə və yol kənarlarında, park və digər yerlərdə əkilmiş ağaclara, salınan yaşıllıqlara lazımi aqrotexniki qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Həmçinin şəhərin hər tərəfində yaşıllıqlar zənginləşdirilir. Şəhərin iqliminə uyğun yeni növ ağaclar əkilir. Məlumat üçün qeyd edək ki, təkcə 2023-cü ildə 5000-dən artıq müxtəlif növ ağac əkilib.

Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhərdəki mövcud yaşıllıqlar və yeni ağac əkilməsi nəzərdə tutulan ərazilərə baxış keçirib.

Baxış zamanı yaşıllıq sahələrinin real vəziyyətinin qiymətləndirilməsi, ərazinin təmizlənməsi, mövcud ağacların uçotunun aparılması və dəqiqləşdirilməsi məqsədilə inventarizasiya işlərinin aparılması və əraziyə yeni ağacların əkilməsi, eyni zamanda, yeni əkiləcək ağacların qorunması və suvarılması istiqamətində aidiyyəti orqanların iştirakı ilə zəruri tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, kurort şəhərinin yaşıllıq səviyyəsinin daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər Naftalanın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcək.

Keçidlər