YAP Naftalan şəhər Təşkilatı Gənclər Birliyi Ümummilli liderin anım gününü qeyd etdi.
Bu gün ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə YAP Naftalan şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil olunub.
Əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onun mənalı həyat yolundan və ictimai-siyasi fəaliyyətindən bəhs edən kitablara baxış keçirilmişdir. Sonra Gənclər Birliyinin sədri Aynurə Novruzova Heydər Əliyevin hakimiyyətdə olduğu 33 illik dövr ərzində dövlət müstəqillliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələrdən, xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən, məhz onun dövründə əsası qoyulan dövlət Gənclər Siyasətindən geniş bəhs etmiş və müdrik rəhbərin Azərbaycana rəhbərlik etdiyi illəri ölkəmizin tarixində mühüm mərhələ kimi qiymətləndirmişdir.
Sonda dahi öndərin o dövrədəki fəaliyyətinin mühim strateji uğurları mövzusunda müzakirələr aparılmışdır