Ulu Öndər Heydər Əliyevə həsr olunmuş növbəti dərs tədris olunmuşdur.
11 dekabr 2014-cü il tarixdə Naftalan şəhər Heydər Əliyev Mərkəzində şəhərin ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda növbəti dərs tədris olunmuşdur. Şagirdlər öncə Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallarla, fotoşəkil və eksponatlarla tanış olmuşlar.
Daha sonra şəhərin İ.Nəsimi adına 1 №-li tam orta məktəbinin tarix müəllimi tərəfindən “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda dərs keçirilmişdir.
Şagirdlərə Ulu Öndərin həyatı və fəailiyyətləri barədə geniş məlumatlar verilib. Onların diqqətinə çatdırılıb ki, dahi öndərin həyatını vərəqləsək Azərbaycan xalqına misilsiz xidmətlərinin parlaq nümunələri gözlərimiz önündə canlanar. Azərbaycan xalqı üçün Heydər Əliyev dahi və əvəzolunmaz tarixi şəxsiyyətdir.