20 Yanvar faciəsinin ildönümünə hazırlıq işləri başa çatıb
19 yanvar 2024 | 15:22
Ümumxalq hüzn gününün otuz dördüncü ildönümü ilə bağlı ŞİH-nin “Tədbirlər Planı”nına əsasən Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq, Naftalanın mərkəzində ucaldılmış Memorial Xatirə Kompleksi, Bulaq-Kompleksi və ətraf ərazilərdə təmizlik işləri aparılıb, dekorativ gül kolları yeniləri ilə əvəz olunub, yaşıllıqlara qulluq göstərilib.