Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsindən otuz üç il ötür

20 yanvar 2023 | 13:42

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix milli müstəqilliyin və azadlıq uğrunda mübarizənin rəmzinə çevrilib. Doğma Vətəninin, xalqının azadlığını uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Qanlı 20 Yanvar faciəsinə yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar Naftalanda anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə ŞİH-nin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, ziyalılar, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edib. Şəhidlərin xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksi ziyarət olunub, şəhidlərin ruhlarına dualar oxunub.

Respublikamızın hər yerində olduğu kimi Naftalan şəhərində də şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq dövlət bayraqları endirilib, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.

Keçidlər