Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsindən 36 il ötür

20 yanvar 2026 | 13:50

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar faciəsindən 36 il ötür. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar şəhidlərinin göstərdiyi bu misilsiz qəhrəmanlıq Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifələrindən biri kimi daim xatırlanaraq gələcək nəsillərə örnək olacaqdır.

20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə əlaqədar olaraq Respublikamızın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də anım tədbiri keçirilib.

Anım tədbirində Naftalan Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən, şəhər icra hakimiyyəti başçısının müavini Arzu Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, şəhər ictimaiyyəti faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksini ziyarət ediblər.

Şəhərinin inzibati ərazisində şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq dövlət bayraqları endirilib, saat 12:00-da bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.

Keçidlər