Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral – Azərbaycan Gəncləri Günü

02 fevral 2024 | 16:25

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 27 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin və Heydər Əliyev Mərkəzinin nümayəndələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin Naftalan bölməsinin rəhbəri, AQUPDK yanında Uşaq Səfirlər Məclisinin yerli nümayəndələri və gənclər iştirak edib.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.

Öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən və bu siyasətin rəhbərimiz tərəfindən uğurla davam etdirilməsindən, əldə edilmiş nailiyyətlərdən söhbət açıblar.

Nailiyyətləri ilə fərqlənən gənclər Fəxri Fərmanlarla təltif ediliblər, tədbir gənclərin hazırladığı musiqi nömrələri ilə sona çatıb.

Keçidlər