Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli liderin anım günü 1 nömrəli tam orta məktəbdə qeyd olundu.

10 dekabr 2014 | 16:00

10 dekabr 2014-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Naftalan şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbdə  tədbir keçirilib
Tədbiri giriş sözü ilə məktəbin direktoru F.Rüstəmov açaraq  Ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verib.
     Sonra məktəbin tarix müəllimləri Nəzirə Dəmirova və Kübra Məmmədova geniş çıxış ediblər. Bildirilib ki, məhz dahi şəxsiyyətin qətiyyəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olundu, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edildi..
      Digər çıxış edənlər bildirdilər ki, xalqına bağlı olan Heydər Əliyev Azərbaycanı qanlı burulğandan çıxardı, sabitlik və əminamanlıq yaratdı. Həmin dövrdə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldı.

Keçidlər