Cüdo idman növü üzrə açıq şəhər birinciliyi keçirilmişdir
Naftalan şəhər Gənclər və İdman İdarəsi tərəfindən 7 dekabr 2014-cü il tarixdə uşaq və yeniyetmələr arasında cüdo idman növü üzrə açıq şəhər birinciliyi keçirilmişdir.
Yarışda müxtəlif çəki dərəcələrində Respublikanın altı şəhər və rayonundan 150 nəfərdən çox idmançı güclərini sınamışlar. Yarışın məqsədi idmançıların fiziki hazırlıqlarını möhkəmləndirmək, qarşıdakı yarışlara hazırlıq, habelə digər şəhər və rayonlarda yaşayan idmançılarla dostluq əlaqələrini genişləndirməkdən ibarət olmuşdur. Şəhərimizin yeniyetmə cüdoçuları da yarışda uğurla çıxış edərək şəhərimizi layiqincə təmsil etmişlər.
Sonda qaliblərə şəhər Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom, medal və xatirə hədiyyələri təqdim olunmuşdur.