6, 7, 11 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə səyyar görüş keçirildi.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyari görüşünü 6, 7, 11 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib. Görüşdə şəhər rəhbəri ilə yanaşı, Şəhər İcra Hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak edirdi.
Görüş zamanı Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov vətəndaşları dinləmiş, sakinlər şəhərdə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etmişlər. Qaldırılan problemlərin qısa müddət ərzində həll olunması məqsədilə aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
Daha sonra şəhər rəhbəri çoxmənzilli yaşayış binalarında yeni işıqlandırma sisteminin quraşdırılması işləri ilə tanış olmuş və iş icraçılarına öz tapşırıqlarını vermişdir.