Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində Beynəlxalq Əlillər Günü qeyd edilib

02 dekabr 2014 | 16:00

3 Dekabr-Beynəlxalq əlillər günü ilə əlaqədar Naftalan şəhər Əlillərin Bərpa Mərkəzində    tədbir keçirilmişdir. Tədbirdə  dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin  əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Naftalan şəhərində  həyata keçirilən işlərdən danışılmışdır. Qeyd edildi ki,  əlil  vətəndaşlra və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.
      Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər