E L A N
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il tarixli Qanununun tələblərinin təmin edilməsi məqsədi ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.15.2-ci bəndinə uyğun olaraq
Qərara alıram:
1. Naftalan şəhərində vətəndaşların sərbəst toplaşması üçün 2 (iki) açıq və 2 (iki) qapalı yer müəyyən edilsin.
2. Naftalan şəhərində dövlət orqanlarına qabaqcadan xəbərdarlıq etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər keçirmək məqsədi ilə Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd Mədəniyyət Evinin 200 yerlik zalı qapalı, 800 yerlik Qaşaltı Qaraqoyunlu kənd meydanı açıq, həmçinin Naftalan şəhər Gənclər və İdman İdarəsinin balansında olan 2000 yerlik şəhər stadionu açıq, Naftalan şəhər İ.Həsənzadə küçəsində 16 nömrəli yaşayış binasının qərb hissəsində yerləşən 250 yerlik Xeyir-şər evi qapalı toplaşmaq yeri üçün müəyyənləşdirilsin.
3. Naftalan şəhər Ş.Qurbanov küçəsi № 1 (şəhər Poçt Şöbəsinin inzibati binasının yanı), şəhər İ.Nəsimi adına 01 və S.Vurğun adına 02 nömrəli tam orta məktəblərin, həmçinin Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin həyətində əyani təşviqat vasitələrinin asılması üçün 4 (dörd) yer müəyyənləşdirilsin.
4. Tapşırılsın şəhər İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə işin aparıcısı H.Abdullayevə sərbəst toplaşmaq haqqında müraciət edənlərə müvafiq sənədlərin verilməsini təmin etsin.
5. Tapşırılsın şəhər İcra Hakimiyyəti başçısının müavini–şəhər təsərrüfatı şöbəsinin müdiri A.Məmmədova və şəhər İcra Hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin baş memarı əvəzi S.Məmmədova əyani təşviqat vasitələrinin asılması üçün müvafiq tədbirlərin görülməsini təmin etsinlər.
6. Bu Sərəncam “Naftalan” qəzetində dərc edilsin.