Şriftin ölçüsü :

Saytın rəngi :

Geniş miqyaslı ağacəkmə aksiyası keçirilmişdir.

22 noyabr 2014 | 16:00

Naftalan şəhərində Ümumrespublika Yaşıl marafon layihəsi çərçivəsində geniş miqyaslı ağacəkmə aksiyası keçirilmişdir. Aksiya şəhər rəhbərliyi, şəhərin idarə və təşkilatları, təsərrüfat xidmətlərinin iştirakı ilə təşkil olunub. Aksiya müddətində şəhərin müxtəlif ərazilərində ümumilikdə 5000 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib.
    Yeni əkilmiş ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunub. Ağacların dibləri bərkidilib və suvarılıb. Əkilən yeni ağaclara hər həftə aqrotexniki qulluq edilməsi aidiyyatı təşkilata tapşırılıb.
     Şəhər ərazisində yaşıllıqların sayının artırılması istiqamətində keçirilən bu aksiya gələcəkdə də davam etdiriləcək.

Keçidlər