Şriftin ölçüsü :

Saytın rəngi :

YAP-ın yaranmasının 22-ci ildönümü qeyd edildi

21 noyabr 2014 | 16:00

Naftalan şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının təşkilatçılığı ilə  Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci il donümü münasibəti ilə  tədbir keçirilib. Tədbir öncəsi Yeni Azərbaycan Partiyasının qurucusu Ulu öndər Heydər Əliyevin abidəsi önünüə gül dəstəsi qoyuldu.
     Heydər Əliyev mərkəzində davam  edən tədbirdə  Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev, şəhər icra başcısının müavini Afət Cabbarova və YAP-nın üzvləri  iştirak edirdilər. YAP Naftalan şəhər təşkilatının sədri çıxış edərək Yeni Azərbaycan Partiyasının şərəfli, keçməkeşli tarixi və onun yaranmasının mahiyyəti haqqında geniş məlumat verdi.
     Sonda YAP-ın yaranmasının 22-ci il dönümü münasibəti ilə bir neçə YAP üzvü  fəxri fərmanla təltif olunub.

Keçidlər