Şriftin ölçüsü :

Saytın rəngi :

19 sentyabr - Aida xanım İmanquliyevanın anım günüdür

18 sentyabr 2024 | 15:56

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi ilə ilk azərbaycanlı qadın - ərəbşünas elmlər doktoru, professor Aida xanım İmanquliyevanın anım günü ilə bağlı “Ürəklərdə əbədi yaşayan şərqşünas alim” mövzusunda tədbir keçirilib.

Təbirdə Naftalan ŞİHB-nın müavini və məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, Heydər Əliyev Mərkəzinin direktoru, təhsil və mədəniyyət işçiləri, ziyalılar, gənclər iştirak edib.

Öncə Aida xanım İmanquliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə görkəmli alimin keçdiyi şərəfli həyat yolundan, geniş elmi fəaliyyətindən bəhs edilib. Vurğulanıb ki, professor Aida İmanquliyeva fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını da zənginləşdirib, müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açıb. Yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasında mühüm xidmətlər göstərən Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında böyük xidmətlər göstərib. Həmçinin qeyd edilib ki, onun bu gün də aktuallığını qoruyub saxlayan əsərləri, monoqrafiyaları ərəb ədəbiyyatını araşdıran gənc alimlər üçün əsas istinad qaynağıdır. Professor Aida xanım İmanquliyeva Azərbaycan qadınına örnək bir ömür yaşayıb və nurlu xatirəsi böyük ehtiramla yad edilir.

Sonda Aida xanım İmanquliyevanın həyat və fəaliyyətindən bəhs edən videomaterial nümayiş olunub.

Keçidlər