Şriftin ölçüsü :

Saytın rəngi :

Çoxmənzilli yaşayış binalarında işıqlandırma sistemi quraşdırılır.

20 noyabr 2014 | 16:00

Regional inkişafa dair dövlət  proqramlarında nəzərdə tutulmuş tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi nəticəsində respublikanın digər bölgələri kimi Naftalan şəhərinin infrasrukturu da tamamilə təkmilləşir, şəhər gündən-günə abadlaşır, gözəlləşir.
     Son illərdə Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılmış, eləcə də şəhərdə başlanan abadlıq və quruculuq işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri aparılmışdır.
    Belə ki, çoxmənzilli yaşayış binalarının fasadları milli memarlıq üslubuna uyğun olaraq aqlay daşla üzlənilmiş, mənzillərə yeni plastik pəncərələr quraşdırılmış ,və binaların dam örtükləri müasir üslubda yenidən qurulmuşdur.    
      Hazırda  isə binalarda yeni işıqlandırma sisteminin quraşdırılması işləri aparılır.

Keçidlər