Şriftin ölçüsü :

Saytın rəngi :

Məşğulluq Mərkəzində işəgötürənlərlə əlaqədar dəyirmi masa təşkil olundu.

19 noyabr 2014 | 16:00

Naftalan şəhər Məşğulluq Mərkəzi, Şəhər İcra Hakimiyyəti yanında Məşğulluğa  kömək göstərən əlaqələndirmə komitəsi ilə birgə “Sosial  müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən  vətandaşlar üçün  kvota  tətbiq  edilməsi qaydaları  barədə  işəgötürənlərin  məlumatlandırılması  və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin  iştirakı” mövzusunda dəyirimi masa keçirilmişdir.
     Naftalan şəhər  Məşğulluq  Mərkəzinin direktoru Aqşin Məmmədov    çıxış ederək iştirakçılara mövzu ilə bağlı məlumat vermişdir..
     Daha sonra Məşğulluğa  kömək göstərən əlaqələndirmə  komitəsinin rəhbəri. Naftalan şəhər İcra Hakimiyyəti  başçısının  müavini Afət Cabarova iştirak etmiş və Naftalan şəhərində fəaliyyət göstərən, idarə və təşkilat rəhbərlərinə mövzu ətrafında tövsiyə və tapşırıqlarını vermişdir.
      Sonda kvota tətbiq edilən  idarələrin rəhbərlərinin iştrakı ilə  geniş müzakirələr aparılmışdır.

Keçidlər