Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət Bayrağı Günü” qeyd olundu.

07 noyabr 2014 | 16:00

Naftalan şəhər Bayraq meydanında “9 noyabr-Azərbaycan Respublikasının  Dövlət Bayrağı Günü” münasibətilə ümumşəhər bayram tədbiri keçirildi.     
   Tədbirdə şəhər rəhbərliyi, idarə, müəssisə  və təşkilat  rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
    İlk olaraq şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov tədbir iştirakçılarını və bütün naftalanlıları təbrik edərək bu günün əhəmiyyətindən danışdı. Bildirildi ki, Prezident cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
    Daha sonra bayrağımızın yaranma tarixindən danışmaq üçün söz verilib tarix müəllimi Sədrəddin Muradova.
    Tədbir mədəniyyət evinin kollektivinin ifasında azərbaycançılığı, dövlətçiliyi, vətənpərvərliyi tərənnüm edən mahnılar, kompozisiyalar ilə davam etdirilmişdir.

Keçidlər