Yesentuki şəhərinin meri Naftalanda olub.
29 oktyabr 2014-cü il tarixdə Rusiya Federasiyasının Yesentuki şəhərinin meri Larisa Pisarenkonun rəhbərlik etdiyi 5 nəfərdən ibarət nümayəndə heyətinin Naftalan şəhərinə cavab səfəri başlayıb. İlk olaraq qonaqlar ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə çiçək düzüblər. Qonaqlar abidəni ziyarət etdikdən sonra Heydər Əliyev mərkəzində olublar.
Naftalan şəhər İcra Hakimiyyətində davam edən görüşdə Naftalan və Yesintuki şəhərləri arasındakı əməkdaşlıq imkanları müzakirə edilib.
Daha sonra qonaqlar şəhər uşaq bağçası-körpələr evi, məktəblər, eləcə də şəhərdə fəaliyyət göstərən istirahət və sağlamlıq mərkəzləri ilə tanış olublar.
Səfər çərçivəsində qonaqları Azərbaycanın digər turizm bölgələri ilə də tanış etmək nəzərdə tutulub.
Səfər 01 noyabr 2014-cü il tarixdə başa çatacaq.