Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr “Müstəqilliyin Bərpası Günü”dür

17 oktyabr 2025 | 16:16

Naftalan Şəhər İcra Hakimiyyətinin və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 oktyabr “Müstəqilliyin Bərpası Günü”nə həsr edilmiş “Müstəqilliyin bərpası - suverenliyimizin təminatıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, gənclər iştirak edib. 

Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər. Məktəblilərin hazırladıqları şeir və kompozisiya nümunələri dinlənilib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqı azadlıq və müstəqillik naminə çətin, eyni zamanda şərəfli bir yol keçmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda dövlətçilik ən yüksək səviyyədə möhkəmləndirilmiş, milli həmrəylik və xalqımızın mənəvi ruhu gücləndirilmiş, ölkənin davamlı inkişafı üçün möhkəm təməl qoyulmuşdur. Qeyd edilib ki, Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik səyləri nəticəsində Azərbaycan xalqı müstəqilliyini qoruyub saxlamış, dövlətimizin suverenliyi və ərazi bütövlüyü təmin edilmiş,  işğaldan azad olunmuş torpaqlarımızda tarixi ədaləti bərpa edərək şanlı Zəfər qazanmışdır. Bu dövr Azərbaycan dövlətçiliyi tarixində xalqın azadlıq iradəsi, milli birliyi və dövlətçilik ənənələrinin möhkəmləndiyi əlamətdar bir mərhələ kimi qiymətləndirilir.

Tədbirdə 18 oktyabr “Müstəqilliyin Bərpası Günü”nə həsr edilmiş videomaterial nümayiş etdirilib.

Keçidlər