Şriftin ölçüsü :

Saytın rəngi :

18 May – Beynəlxalq Muzeylər Günüdür

18 may 2026 | 15:53

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Açıq qapı” günü təşkil edilib.

Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində, Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçirilmiş, kitablardan və rəsm əsərlərindən ibarət sərgi nümayiş olunmuşdur. Daha sonra şəhərdə fəaliyyət göstərən idarə, təşkilat nümayəndələri, şagirdlər və turistlər Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı qonaqlara muzeydə tarixi və mədəni irsimizi əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib. Tədbir iştirakçıları tariximizə və milli-mədəni dəyərlərimizə böyük maraq göstəriblər.

Keçidlər