18 may - Beynəlxalq Muzeylər Günüdür çərçivəsində Naftalan məktəbliləri unikal “Əsa” muzeyində olub
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərinin şagirdləri Naftalan şəhərTarix-Diyarşünaslıq muzeyində olublar.
Tarix Diyarşünaslıq muzeyinin direktoru Eltəkin Quliyev məktəblilərə Tarix-Diyarşünaslıq Muzeyinin və dünyada yeganə olan “Əsa” muzeyinin eksponatları haqqında ətraflə məlumat verərək qeyd edib ki, muzeylərimiz-maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir. Azərbaycanda milli-mənəvi dəyərlərimizə, tarixi və mədəni irsinin qorunmasına o cümlədən muzey işinin inkişafına dövlət qayğısı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın tarixi simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və ölkəmizin birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Azətbaycanın tarixini, milli-mənəvi dəyərlərini özündə əks etdirən muzeylərimiz haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır. Görülən işlərin nəticəsi olaraq “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib. Ölkəmizdə fəaliyyət göstərən muzeylərdə nümayiş olunan eksponatlar vastəsilə azərbaycançılıq məfkurəsi uğurla təbliğ edilir.