Naftalan şəhərində “Bilik Günü” qeyd edildi.
15 sentyabr 2014-cü il tarixdə şəhərin tam orta məktəblərində Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəb direktorları müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər. Sonra Təhsil Şöbəsinin müdiri İlqar Əsgərov və Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Afət Mustafayeva şagirdləri qazandıqları nailiyyətlərə görə və qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıblar. Şagirdlərin hazırladıqları musiqili kompozisiya tədbirə xüsusi rəngarənglik vermişdir.
Sonda ilk zəngin sədaları altında şagirdlər doğma siniflərinə daxil oldular. Ilk dərs “Mənim vətənim doğma yurdum” mövzusuna həsr olunub.
Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektoru Rövşən Hacıyev də şagirdləri təbrik edib və “Azərbaycanın bu günü və sabahı” mövzusunda şagirdlər qarşısında mühazirə ilə çıxış edib.
Naftalan şəhəri üzrə yeni tədris ilində I sinifə qəbul olan uşaqların sayı 140-olub.