Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Avtovağzal Otel Kompleksində tikinti işləri davam etdirilir

14 sentyabr 2014 | 15:00

Naftalan şəhərində beynəlxalq standartlara uyğun inşa olunan yeni Avtovağzal Otel Kompleksində tikinti işləri davam etdirilir.
    10 mərtəbəli, 42 otaqdan ibarət binada avtovağzal kompleksi, ticarət mərkəzləri, otel nömrələri, admistrativ ofis hissə, geniş restoran və mətbəx fəaliyyət göstərəcək. 
    Avtovağzal kompleksinə holl, kassalar, kafe, saxlama kameraları, dükan və sanuzellər daxildir. Restoran və mətbəx II mərtəbədə yerləşəcək. Otel nömrələri III mərtəbədən başlayacaq.
    Qeyd edək ki, tikinti işlərinə 2014-cü il may ayında başlanılıb.

Keçidlər