Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri davam etdirilir

12 sentyabr 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 fevral 2011-ci il tarixində Naftalan şəhərinə səfəri çərçivəsində ictimaiyyətlə görüşü zamanı Naftalanın inkşafının vacibliyini xüsusi qeyd edərək qarşıya belə bir vəzifə qoymuşdur ki,   turizm sahəsi ilə yanaşı şəhərdə bütün binalar təmir olunmalı, parklar, yeni xiyabanlar salınmalı və Naftalan nəinki Azərbaycanda, dünyada tanınan kurort şəhərinə çevrilməlidir.
      Bu səfərin üzərindən qısa zaman keçməsinə baxmayaraq Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılmış, eləcə də şəhərdə başlanan abadlıq və quruculuq işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılmışdır.
       Belə ki, çoxmənzilli yaşayış binalarının fasadları milli memarlıq üslubuna uyğun olaraq aqlay daşla üzlənilir, işıqlandırılır, mənzillərə yeni plastik pəncərələr quraşdırılır, binaların dam örtükləri müasir üslubda yenidən qurulur, dəhlizləri təmir olunur. Yüksək mərtəbəli yaşayış binalarına müasir tipli liftlər quraşdırılmışdır.
      Artıq 12 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri tam başa çatdırılmış, 19 binada isə son tamamlama işləri aparılır.

Keçidlər