Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsaqqallar şurasının üzvləri ilə görüş keçirildi.

24 iyul 2014 | 15:00

24 iyul 2014-cü il tarixdə Naftalan şəhər İcra Hakimiyyətində şəhər ağsaqqallar şurasının üzvləri  ilə görüş keçirilmişdir. Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev iştirak edib.
     Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Respublikada, o cümlədən Naftalanda  görülən işlər barədə görüş iştirakçılarını məlumatlandırıb. Görüşdə ağsaqqalların cəmiyyətdə tarixi missiyası, yeni dövrdə vəzifələri, yeri və rolu haqqında söhbət açılmışdır.
      Ağsaqqallar şurasının  nümayəndələri çıxış edərək ölkə rəhbərliyinin Naftalana olan diqqət və qayğısı nəticəsində şəhərdə  aparılan tikinti-abadlıq işlərindən, insanları narahat edən sosial problemlərin uğurla həll edilməsindən danışıblar. Ağsaqqallar  çıxışlarında görülməsi vacib olan məsələləri də diqqətə çatdırıblar.
     Eyni zamanda onlar qeyd ediblər ki,  ulu öndər  Heydər Əliyevin qurucusu və memarı olduğu Azərbaycan dövlətinin müstəqilliyini onun siyasi kursunun varisi olan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti daim qoruyacaq və dəstəyələyəcəyik.    Görüşdə şəhər  ağsaqqallarının   təklif və istəkləri dinlənilmiş, həlli mümkün olan məsələlər yerindəcə həll edilmiş, digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılmışdır.
     Görüşə yekun vuran şəhər rəhbərliyi  dəyərli fikir və təkliflərə görə ağsaqqallara minnətdarlıq etmiş, onların arzu və təkliflərinin nəzərə alınacağını bildirmiş və qeyd etmişdir ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ağsaqqallara daim böyük hörmətlə yanaşır, onların ictimai həyatda fəallığını təmin edir, yaşayış şəraitlərinin daha da yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Keçidlər