Naftalan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ümumşəhər tədbiri keçirilmişdir
Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü Naftalan şəhərində də təntənə ilə qeyd olunub. Şəhər sakinləri və ictimaiyyət nümayəndələri ilk olaraq ulu öndərin abidəsini ziyarət edərək ona olan ehtiramlarını ifadə ediblər.
Sonra mərkəzi meydanda məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində də olublar. Ümummilli liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotolar maraqla izlənilib. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov dahi şəxsiyyətin siyasi fəaliyyətindən danışaraq onun xalqımızın qəlbində əbədi yaşayacağını qeyd etmişdir. Tədbir çərçivəsində məktəblilər arasında keçirilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı inşa müsabiqəsinin qalibləri də fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin Naftalan şəhərində Yeni Azərbaycan Partiyası sıralarına daxil olan bir qrup gəncə partiya biletləri təqdim edilmişdir. Tədbiri daha sonra mədəniyyət işçilərinin təşkil etrdiyi konsert proqramı ilə davam edib.