Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr - Milli Dirçəliş Günüdür

17 noyabr 2025 | 15:27

Naftalanda Şəhər İcra Hakimiyyətinin, şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 17 noyabr-Milli Dirçəliş Gününə həsr edilmiş “17 Noyabr – Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının  sədrləri, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri,  ziyalılar iştirak edib.

Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçirib, Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən foto şəkillərdən və  kitablardan ibarət sərgi ilə tanış olublar.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, tədbir 17 noyabr-Milli Dirçəliş Gününə həsr edilmiş video materialın nümayişi ilə davam etdirilib.

Tədbirdə Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən və Azərbaycan xalqının həyatındakı rolundan danışılıb. Qeyd olunub ki, bu gün xalqımızın azadlıq mübarizəsi tarixində milli oyanışın və dövlətçilik düşüncəsinin formalaşdığı mühüm mərhələdir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı müstəqilliyimizin dönməzliyini təmin edib, ölkədə sabitlik və inkişaf dövrünün əsasını qoyub.

Ulu Öndərin  bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərin qorunması, elmin və mədəniyyətin dirçəlişinə verdiyi töhfələr xüsusi vurğulanıb. Həmçinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası və beynəlxalq aləmdə artan nüfuzu qeyd olunub.

Keçidlər