“17 Noyabr – Milli Dirçəliş Günü” ilə bağlı tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “17 Noyabr – Milli Dirçəliş Günü” mövzusunda tədbir keçirilib. Tədbirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, idarə müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Azərbaycan xalqının milli azadlıq və müstəqillik uğrunda apardığı mübarizəsindən söz açıb.
Milli Dirçəliş Gününün müasir Azərbaycan dövlətçiliyinin tarixində tutduğu xüsusi yerini, müstəqilliyimizin bərpasına aparan yolda bu tarixi hadisənin əhəmiyyətini vurğulanıb. Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektoru “17 Noyabr –Milli Dirçəliş Günü”nə həsr edilmiş təşkilatlar arasında atıcılıq üzrə Naftalan şəhər turniri təşkil edib. Turnirdə qalib gələn idmançılar medallarla təltif olunub.















