17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Naftalanda 17 iyun Tibb İşçilərinin Peşə Bayramı günü qeyd olunub.
Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, Naftalan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Samir Allahverdiyev və tibb işçiləri öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyubar.
Tədbirdə çıxış edən ŞİH başçısının müavini Kəmalə Hüseynova bildirib ki, Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Digər natiqlər, Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra həyata keçirilən islahatların tibb sahəsində də öz bəhrəsini verdiyini diqqətə çatdırıb, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün bazanın yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.















