Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

17 iyun 2025 | 17:24

17 iyun “Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibəti ilə Naftalan şəhər Mərkəzi Xəstəxanasında tədbir keçirilib.

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, şəhər Mərkəzi Xəstəxanası PHŞ direktoru, tibb işçiləri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Çıxış edənlər əhalinin sağlamlığının keşiyində dayanmağı özlərinə həyat amalı seçən tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə 17 iyunun “Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü”nün təsis edilməsini tibb işçilərinin əməyinə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu vurğulayıblar.

Ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsindən, milli tibbin inkişafından, əldə edilən uğurlardan, ölkəmizdə səhiyyənin inkişafına Möhtərəm Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısından söhbət açılıb. Əhalinin sağlamlığının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanıldığı qeyd edilib.

Keçidlər