Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyari görüş keçirilib

23 iyul 2014 | 15:00

Naftalan şəhər  İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyari görüşünü  10, 12 və 13  nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib. Bu görüşdə də  şəhər rəhbəri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, şəhər İcra Hakimiyyəti Başçısı aparatının  məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak edib.
    Qəbula gələn vətəndaşlar yaşadığı binaya verilən suyun müddətinin artırılmasına,  yaşadığı binanın fasad şüşələrinin yuyulmasına, yaşadığı binanın sakinləri tərəfindən atılan məişət tullantılarının qarşısının alınmasına  köməklik göstərilməsini xahiş etdilər.
     Şəhər İcra Hakimiyyətinin başçısı bütun bu problemlərin həlli üçün müvafiq qurumlara öz tapşırığını verdi. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı regionların inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq şəhər ərazisində aparılan geniş abadlıq-quruculuq, təmir-tikinti işlərinin gedişi ilə maraqlanmış və iş icraçılarına öz tapşırıqlarını vermişdir

Keçidlər