Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan kulinarları Şəkidə keçirilən şirniyyat festivalında II yerə layiq görülüb

21 iyul 2014 | 15:00

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində ilk dəfə Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilib. Şrniyat  festifalı XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində keçirilən festivalda 6 ölkədən, həmçinin respublikamızın 23 şəhər və rayonundan gəlmiş şirniyyatçıların hazırladıqları şirniyyat məhsulları nümayiş etdirilb.
    Festivalın rəsmi açılış mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Şəkidə müxtəlif xarakterli festivalların keçirilməsinin artıq ənənə şəklini aldığını bildirib.
     Şəki Şəhər İcra Hakimiyyətinin başçısı  çıxış edərək festifal iştirakçılarnı təbrik etmiş və iştirakçılara uğurlar arzulamışçdır.
     Rəsmi hissədən sonra tədbir iştirakçıları Türkiyə, Rusiya, Monqolustan, Gürcüstan, Qırğızıstan, Koreya Respublikası, həmçinin Azərbaycanın müxtəlif şəhər və rayonlarından gəlmiş qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış oldular. Burada sərgilənən iştirakçı ölkələrin mətbəxlərinə aid şirniyyat məhsulları, həmçinin Azərbaycan qənnadıçılarının hazırladıqları şirin xörəklər (firni, xəşil, şirin plov, südlü sıyıq), unlu qənnadı məmulatları (paxlava, fəsəlli, qatlama, zilviyyə, umac halvası), milli şəkərli şirniyyatlar (noğul, qoz halvası, səməni halvası) tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
    Münsiflər heyətinin yekdil rəyi ilə Şəki və Qırğızıstan qənnadıçıları festivalın qızıl medallarına layiq görülmüş.
    Naftalan şəhərinin, Şamaxı rayonunun, həmçinin Türkiyə və Gürcüstanın kulinarları II yeri tutaraq gümüş medallara layiq görülmüşlər.
    Qəbələ, Şəmkir, Balakən rayonlarının, Gəncə şəhərinin qənnadıçıları və Koreyadan gəlmiş şirniyyatçılar üçüncü yeri tutaraq festivalın bürünc medallarına layiq görüldülər.

Keçidlər