“Nur Naftalan” Müalicə Mərkəzinin açılışı olub
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, sərmayələrin cəlb edilməsi, yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqları Naftalan şəhərində də diqqət mərkəzində saxlanılır.
Naftalanda daha bir “Nur Naftalan “ Müalicə Mərkəzinin açılışı olub. Açılışda ŞİH-nin nümayəndələri və mərkəzin kollektivi iştirak edib.
Natiqlər qeyd ediblər ki, ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı aparılan islahatlar dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası bir model olaraq iqtisadiyyatı inkişaf edən ölkələrdə nümunəyə çevrilməkdədir. Naftalan şəhəri gündən-günə inkişaf edərək beynəlxalq turizm mərkəzinə çevrilib. Bu cür müasir müalicə mərkəzinin istifadəyə verilməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, şəhərin sosial-iqtisadi inkişafında da mühüm əhəmiyyət kəsb edəcək.
Müalicə Mərkəzi üç mərtəbəli iki korpus, 64 otaq, 195 çarpayıdan ibarətdir.